Ekstra Qarantiyanın üstünlükləri nələrdir? Bu zəmanət proqramından istifadə etməyə dəyərmi?
Gəlin, avtomobilin zəmanətli olmasının əhəmiyyətini situasiya üzərindən nəzərdən keçirək. Təsəvvür edin ki, uzun müddətdir vacib və ya zəruri bir şey almaq üçün pul yığırsınız və artıq məqsədinizə çox yaxınsınız. Birdən avtomobilinizdə problem yaranır və sürətlər qutusu sıradan çıxır. Məqsədiniz ikinci plana keçir, çünki indi evakuator çağırmalı, texniki baxış və ya avtomobil təmirini etdirməlisiniz.
Bəzən bu xidməti göstərən uyğun qiymətli servis və ya usta xidməti tapa bilərsiniz, ancaq bu biraz riskli addımdır. Çünki rəsmi olmayan servislər bəzən keyfiyyətsiz təmir və əlavə gözlənilməz xərclərə səbəb ola bilər.
Ekstra Qarantiya Proqramı, avtomobilinizin zəmanət müddəti bitdikdən sonra belə, onu gözlənilməz təmir xərclərindən qoruyan zəmanət proqramıdır. Bu proqram çərçivəsində təmir işləri peşəkar texniklər tərəfindən rəsmi servis mərkəzlərində həyata keçirilir.