Zəmanətin əsas prinsipləri

Zəmanət müddətində avtomobilin bütün növ texniki təmiri və hər hansı bir detalın dəyişdirilməsi “Auto Azərbaycan” şirkətinin “Servis mərkəzlərimiz” bölməsində göstərilən mərkəzlərində həyata keçirilməlidir. Əks təqdirdə zəmanət şərtləri pozulmuş və zəmanət qüvvədən düşmüş hesab olunur.

Avtomobilin hər hansı mexanizm hissələrinin nasaz olub-olmamasına, zəmanət çərçivəsində təmir olunmasına və ya nasaz qovşağın yenisi ilə əvəz olunmasına avtomobilə rəsmi Hyundai Servis Mərkəzlərində texniki baxış keçirildikdən sonra müvafiq məsul mütəxəssislər tərəfindən qərar verilir. Yalnız təmiri mümkün olmayan ehtiyat hissələri yenisi ilə əvəz olunur.

Sürücü avtomobildə nasazlıq aşkar etdikdə, “Auto Azərbaycan” şirkətinin “Servis mərkəzlərimiz” bölməsində göstərilən mərkəzlərindən birinə müraciət etməlidir, əks təqdirdə qəsdən avtomobili istifadə edərək yaranmış nasazlıqları daha da ağır vəziyyətə salınmasına və ya avtomobilin digər mexanizmlərinin də sıradan çıxmasına səbəb olmuş olur, bu halda avtomobil zəmanətdən çıxmış hesab olunur.

Zəmanət sertifikatında tələb olunan texniki qulluq qeydlərinə və qaydalarına riayət olunmadığı halda, bununla bağlı olunan xəbərdarlıqlara əməl olunmadığı halda avtomobil zəmanətdən çıxmış hesab olunur.

Bu zəmanətə bağlı nisyə satış müqaviləsinin bir ödənişi üzrə 15 gün və daha çox gecikmə olduğu halda zəmanət qüvvədən düşmüş hesab olunur.

Odometrin göstəricisi (yürüş qeydiyyatı) dəyişdirildiyi halda avtomobil zəmanətdən çıxmış hesab olunur.

Avtomobilin “Auto Azərbaycan” MMC və ya distribyutoru olduğu istehsalçı tərəfindən verilmiş zəmanəti vardırsa və zəmanət zəmanət kitabçasında göstərilən texniki qulluq qeydlərinə və qaydalarına, edilən xəbərdarlıqlara əməl edilməmə səbəbiylə qüvvədən düşərsə Ekstra zəmanət də qüvvədən düşmüş hesab olunur.

Bu zəmanət yuxarıdakı səbəblərdən və ya zəmanət verilən yürüş məsafəsinin tamamlanması səbəbilə vaxtından əvvəl qüvvədən düşərsə müştərinin zəmanətə görə ödədiyi vəsait geri qaytarılmır, müştəri bu zəmanətə görə bağlanmış nisyə satış müqaviləsi üzrə qalıq borcu (əgər varsa) tam ödəməyi öhdəsinə götürür.

Əgər zəmanət qüvvədədirsə və zəmanət üzrə heç bir təmir işi görülməmişdirsə müştərinin zəmanəti qaytarmaq və müqaviləyə xitam vermək hüququ vardır. Bu zaman zəmanət qüvvədə olduğu dövr – sərf olunmuş müddət və ya məsafə (hansı çox olarsa) nəzərə alınır, həmin dövr üzrə məbləğ geri qaytarılmır, zəmanət paketinin dəyərinin qalan hissə isə müştəriyə geri qaytarılır. Bütün hallarda tutulan (geri qaytarılmayan) məbləğ paketin dəyərinin 50%-dən az olmamalıdır, az olduğu təqdirdə müştəri fərq məbləğini ödəməyi öhdəsinə götürür.

Nisyə satış yolu ilə əldə edilmiş zəmanət çərçivəsində zəmanət hadisəsi baş verdikdə təmir xərci müştərinin hadisə baş verən tarixə ödədiyi məbləği aşarsa müştəri fərq məbləği qədər nisyə satış müqaviləsi üzrə qalıq borcuna ödəniş edir, əgər fərq məbləği müştərinin zəmanət üzrə qalıq borcundan çox olarsa müştəri müqavilə üzrə borcu tam bağlamalıdır. Cari gecikməsi olan müştərilərə xidmət göstərilmir, ortalama gecikmə günlərinin sayı 3-10 gün aralığında olan nisyə satış müqaviləsi üzrə qalıq borc tam bağlamalıdır.

Şirkət bu zəmanət çərçivəsində toplam yaranan təmir xərclərinin əldə olunmuş zəmanət paketinin dəyərinin 5 (beş) misli həcmində məbliğini öz hesabına qarşılayır. Zəmanət paketinin dəyəri olaraq endirimdən (əgər varsa) öncəki qiyməti əsas götürülür.

Zəmanətə daxil olmayan hissələr və hallar:

Alışma şamları, qayışlar, rezin elementlər, qoruyucular, filterlər, yağlar, mühərrik və ötürmələr qutusunun yastıqları, giriş və çıxış kollektorları, sensorlar (datçik), audio sistem, akkumulyator, lampa və faralar, əyləc qəlibləri və baraban, sükan önü, yük yerinin (baqaj) amortizatoru, turbo sistemi və avtomobilin “Zəmanət verilən hissələr” bölməsində qeyd olunmayan digər bütün hissələri

Avtomobildə yol qəzası nəticəsində yaranmış nasazlıqlar (paslanma, çürümə, deşilmə, əyilmə, qabarma, çatlama, yeyilmə və s.);

Avtomobil qovşaqlarının normal işləməsi zamanı yaranan və avtomobilin əsas funksiyasına təsir etməyən xarakterik səslər;

Avtomobildə sonradan səs yaranmasına səbəb olan boşalmış elementlərin (oturacaq, qapı və mexaniki hissələrinin boltları və s.) bərkidilməsi;

Avtomobilin istismarı zamanı asfalt örtüyü olmayan nahamar yol şəraitində əmələ gələn, eşidilən müxtəlif xarakterli səs və titrəmələr;

Avtomobilin qəza, maneəyə dəymə və çuxura düşməsi kimi xarici təsirlər nəticəsində baş verə bilecək asqı sistemi, asqı həndəsəsi və amortizator nasazlıqları;

Avtomobil servisdə təmirdə olan müddətdə müştəriyə hər hansı kompensasiya xərclərinin ödənilməsi və digər avtomobillə təmin edilməsi;

Avtomobilin təchizatına daxil olmayan qurğuların quraşdırılmasından yaranmış problemlər;Avtoyumadan yaranmış problemlər.

Diqqət!

Avtomobilin istismarı zamanı qırmızı rəngli yağ lampası yanarsa avtomobil söndürülməli və dərhal “AUTO AZƏRBAYCAN” şirkətinin (012) 989 nömrəli qaynar xəttinə zəng edərək məlumat verilməlidir!

Ekstra Qarantiya Proqramı, avtomobilinizin zəmanət müddəti bitdikdən sonra belə, onu gözlənilməz təmir xərclərindən qoruyan zəmanət proqramıdır. Bu proqram çərçivəsində təmir işləri peşəkar texniklər tərəfindən rəsmi servis mərkəzlərində həyata keçirilir.

Paketlər

© 2024 Ekstra Qarantiya. All Rights Reserved.
Söhbətə başla
Ekstra Qarantiya
Salam
Biz sizə kömək edə bilərik?