Ekstra Qarantİya Proqramı
Avtomobiliniz üçün Maksimum Təhlükəsizlik və Rahatlıq!

Hər şey bir neçə müştərinin müraciəti ilə başladı
Hyundai rəsmi servisdə qarantiyası bitmiş avtomobil sahiblərindən davamlı olaraq müraciətlər alırdıq. Bu müraciətlər əsasən, zəmanəti bitmiş avtomobillər üçün texniki xidmət və ehtiyat hissələrinə endirim istəkləri ilə bağlı idi.
Müştərilərimiz zəmanət xidmətinin təmin etdiyi rahatlıq hissini itirmək istəmirdilər, bu bizdə yeni zəmanət məhsulunu yaratmağa situmul verdi.
Qısa zamanda komandamız müzakirələrə başladı. Niyə bu zəmanəti sadəcə texniki xidmətlə məhdudlaşdıraq? Daha geniş miqyasda, avtomobil sahiblərinin tələbatını necə qarşılaya bilərik? – Bu sualların cavabını axtararkən, yeni bir layihəyə başlamaq qərarına gəldik: Ekstra Qarantiya!
Bu layihə vasitəsilə qarantiyası bitmiş avtomobil sahiblərinə avtomobillərini yenidən zəmanətli etmək imkanı vermək imkanı yaratdıq.
Əlavə olaraq, düşündük ki, niyə proqramı yalnız qarantiyası bitən avtomobillərlə məhdudlaşaq? Niyə ikinci əl avtomobil sahiblərinə də eyni imkanı verməyək? Axı qarantiyalı avtomobil sürmək hər kəsin haqqıdır.

2023-cü ilin yanvar ayında rəsmi olaraq start verdik
Beləliklə, bu konsepsiya üzərində işlərə başladıq və layihəyə 2023-cü ilin yanvar ayında rəsmi olaraq start verdik.
Çox keçmədən, texniki detallar, müqavilələr, tərəfdaşlarla danışıqlar və digər önəmli mərhələləri keçdikdən sonra, mart ayında ilk satışlara başladıq.
İlk müştərilərimiz arasında həm qarantiyası bitmiş, həm də ikinci əl avtomobil sahibləri var idi. Onların rəyləri və layihəyə göstərdikləri maraq bizə doğru yolda olduğumuzu göstərdi.
Məqsədimiz avtomobil sahiblərinə rahatlıq və güvən bəxş etmək idi. Təmir xərclərinin yüksək olması, texniki nasazlıqlar və digər problemlər müştərilərin yola çıxarkən narahatlıq duymalarına səbəb olurdu. Esktra Qarantiya ilə bu narahatlıqlara son qoyduq.
Nəticədə, həm yeni, həm də köhnə avtomobil sahiblərinə qarantiyalı və etibarlı avtomobil sürmə imkanı yaratmaq bizim üçün böyük bir uğur oldu.
Üstünlüklərİmİz

Avtomobiliniz, ən son təlimlərdən keçmiş, peşəkar ustalar və texniklər tərəfindən təmir edilir. Bu mütəxəssislər avtomobilinizin bütün mexanizmlərini dərindən bilirlər və yalnız orijinal ehtiyat hissələrindən istifadə edirlər.

Təmir zamanı avtomobilinizin hər bir detalı ən müasir texnologiyalarla təchiz edilmiş servis mərkəzimizdə diqqətlə yoxlanılır və tam funksional vəziyyətə gətirilir. Bu, avtomobilinizi ilkin vəziyyətinə qaytarmaqla, onun təhlükəsizliyini və işləkliyini təmin edir.

Təmir prosesində yalnız istehsalçı tərəfindən tövsiyə edilən orijinal ehtiyat hissələrindən istifadə olunur. Bu, avtomobilinizin uzunmüddətli davamlılığını və etibarlılığını artırır.

Ekstra Qarantiya Proqramı müxtəlif paketlər təklif edir. Siz yalnız avtomobilinizin tələblərinə və şəxsi büdcənizə uyğun olan zəmanət paketini seçirsiniz. Paketlər müxtəlif xidmət müddətləri və təmir çərçivələri ilə geniş seçim imkanı yaradır, beləliklə avtomobilinizin həyatını daha da uzatmaq sizin əlinizdədir.
Sualınız var?
Sadəcə bizə yazın!
USTALARIMIZ

Kazımov Cavid
Sürətlər qutusu ustası
Mən Kazımov Cavid, 12 ildir ki, Auto Azərbaycan şirkətində sürətlər qutusu ustası kimi fəaliyyət göstərirəm. İşim zamanı müxtəlif avtomobil modellərinin sürətlər qutularını diaqnostika edir, təmir edir və onların düzgün işləməsini təmin edirəm. Bu sahədəki uzunmüddətli təcrübəm mənə ən mürəkkəb nasazlıqları belə sürətlə və dəqiqliklə həll etmək bacarığı qazandırıb.

Mətiyev Aftandil
Çilingər
Mən Mətiyev Aftandil, 12 ildir ki, Auto Azərbaycan şirkətində çilingər kimi çalışıram. İşim zamanı avtomobillərin texniki baxışını, təmirini və müxtəlif detalların dəyişdirilməsini həyata keçirirəm. Uzun illər ərzində qazandığım təcrübə mənə müştərilərimizin etimadını doğrultmaqda kömək edir.

Quluzadə Mürvət
Elektrik ustası
Mən Quluzadə Mürvət, 7 ildir ki, Auto Azərbaycan şirkətində elektrik ustası kimi fəaliyyət göstərirəm. Avtomobillərin elektrik sistemlərini diaqnostika edir, nasazlıqları aradan qaldırır və avadanlıqların düzgün işləməsini təmin edirəm. İşimdə müştərilərin məmnuniyyətini və avtomobillərin etibarlılığını ön planda tuturam.

Əhədov Elmir
Mühərrik ustası
Mən Əhədov Elmir, artıq 19 ildir ki, Auto Azərbaycan şirkətində mühərrik ustası kimi fəaliyyət göstərirəm. İşim mühərriklərin diaqnostikası, təmiri və optimal işləməsi üçün lazımi texniki müdaxilələrin aparılmasından ibarətdir. Uzun illərin təcrübəsi mənə mürəkkəb problemləri sürətlə və peşəkarlıqla həll etməyə imkan yaradır.

Elvin Məmmədov
Fotoqraf

Nigar Əliyeva
Qrafik Dizayner

Vüqar Sadıqov
Sahibkar