Faq

Tez-tez Verilən Suallar

Əlavə sualınız varsa, bizimlə əlaqə saxlayın.

Ekstra Qarantiya Proqramı nədir?
Ekstra Qarantiya Proqramı, avtomobilinizin zəmanət müddəti bitdikdən sonra belə, onu gözlənilməz təmir xərclərindən qoruyan zəmanət proqramıdır. Bu proqram çərçivəsində təmir işləri peşəkar ustalar tərəfindən rəsmi servis mərkəzlərində həyata keçirilir.
Proqram hansı üstünlükləri təqdim edir?
Ekstra Qarantiya Proqramı aşağıdakı üstünlükləri təqdim edir:
- Peşəkar usta heyəti
- Yalnız orijinal ehtiyat hissələri
- Təmir xərclərindən qorunma
Hansı avtomobillər bu proqramdan faydalana bilər?
Bu proqram istehsalçı zəmanəti bitmiş, lakin texniki baxımdan tələblərə uyğun gələn hər bir avtomobil üçün nəzərdə tutulub. Xüsusilə də xaricdən gətirilmiş və zəmanəti olmayan avtomobillər üçün bu proqram əvəzsiz seçimdir.
Proqram müddəti nə qədərdir?
Ekstra Qarantiya Proqramı müxtəlif paketlər şəklində təqdim edilir. Seçdiyiniz paketə uyğun olaraq proqram müddəti dəyişə bilər. Məsələn, 6 aydan 36 aya-dək fərqli müddətləri əhatə edən zəmanət paketləri mövcuddur.
Proqram nələri əhatə edir?
Proqram seçdiyiniz paketdən asılı olaraq avtomobilinizdə texniki nasazlıqların təmirini, mühərrik, transmissiya və digər əsas mexanizmlərin işləkliyini təmin etmək üçün lazım olan ehtiyat hissələrinin dəyişdirilməsini əhatə edir. Proqram çərçivəsində avtomobilinizin texniki baxışları və ehtiyat hissələri rəsmi standartlara uyğun həyata keçirilir.
Zəmanət hansı hallarda keçərli deyil?
Ekstra Qarantiya Proqramı, qeyri-standart təmir işləri, qəzalar və ya avtomobilin yalnış istifadəsi zamanı yaranan zədələr, avadanlıq dəyişiklikləri və ya istehsalçı tərəfindən tövsiyə olunmayan ehtiyat hissələrinin istifadəsi zamanı keçərli olmaya bilər.
Ekstra Qarantiyanı necə əldə edə bilərəm?
Ekstra Qarantiya Proqramına qoşulmaq üçün rəsmi servis mərkəzlərinə yaxınlaşa və ya onlayn formanı dolduraraq müraciət edə bilərsiniz. Proqramı əldə etmək üçün avtomobilinizin texniki vəziyyəti və əvvəlki xidmətlər barədə məlumatlar nəzərə alınır.
Proqram üçün ödəniş variantları varmı?
Bəli, Ekstra Qarantiya Proqramı üçün bir neçə ödəniş variantı mövcuddur. Siz öz büdcənizə uyğun olaraq birdəfəlik ödəniş və ya hissə-hissə ödəniş variantlarını seçə bilərsiniz.
Proqramı nə vaxt aktivləşdirmək lazımdır?
Ekstra Qarantiya Proqramını avtomobilinizin istehsalçı zəmanət müddəti bitməmişdən əvvəl aktivləşdirmək tövsiyə olunur. Bu halda avtomobiliniz daim qoruma altında olacaq.

Sualınız var?

Sadəcə bizə yazın!

Please enable JavaScript in your browser to complete this form.
Чекбокс

USTALARIMIZ

img
Kazımov Cavid

Sürətlər qutusu ustası

Mən Kazımov Cavid, 12 ildir ki, Auto Azərbaycan şirkətində sürətlər qutusu ustası kimi fəaliyyət göstərirəm. İşim zamanı müxtəlif avtomobil modellərinin sürətlər qutularını diaqnostika edir, təmir edir və onların düzgün işləməsini təmin edirəm. Bu sahədəki uzunmüddətli təcrübəm mənə ən mürəkkəb nasazlıqları belə sürətlə və dəqiqliklə həll etmək bacarığı qazandırıb.

Mən Mətiyev Aftandil, 12 ildir ki, Auto Azərbaycan şirkətində çilingər kimi çalışıram. İşim zamanı avtomobillərin texniki baxışını, təmirini və müxtəlif detalların dəyişdirilməsini həyata keçirirəm. Uzun illər ərzində qazandığım təcrübə mənə müştərilərimizin etimadını doğrultmaqda kömək edir.

img
Quluzadə Mürvət

Elektrik ustası

Mən Quluzadə Mürvət, 7 ildir ki, Auto Azərbaycan şirkətində elektrik ustası kimi fəaliyyət göstərirəm. Avtomobillərin elektrik sistemlərini diaqnostika edir, nasazlıqları aradan qaldırır və avadanlıqların düzgün işləməsini təmin edirəm. İşimdə müştərilərin məmnuniyyətini və avtomobillərin etibarlılığını ön planda tuturam.

img
Əhədov Elmir

Mühərrik ustası

Mən Əhədov Elmir, artıq 19 ildir ki, Auto Azərbaycan şirkətində mühərrik ustası kimi fəaliyyət göstərirəm. İşim mühərriklərin diaqnostikası, təmiri və optimal işləməsi üçün lazımi texniki müdaxilələrin aparılmasından ibarətdir. Uzun illərin təcrübəsi mənə mürəkkəb problemləri sürətlə və peşəkarlıqla həll etməyə imkan yaradır.

Ekstra Qarantiya Proqramı, avtomobilinizin zəmanət müddəti bitdikdən sonra belə, onu gözlənilməz təmir xərclərindən qoruyan zəmanət proqramıdır. Bu proqram çərçivəsində təmir işləri peşəkar texniklər tərəfindən rəsmi servis mərkəzlərində həyata keçirilir.

Paketlər

© 2024 Ekstra Qarantiya. All Rights Reserved.
Söhbətə başla
Ekstra Qarantiya
Salam
Biz sizə kömək edə bilərik?